“Günün Yekunu” - 24 iyun 2019
24
iyn
2019
22:00
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, bu gün səhər saatlarında Azərbaycanın yeni Daxili İşlər naziri Vilayət Eyvazov təcili iclas keçirib.Müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov respublikanın daxili işlər orqanlarına 25 ildən artıq bir müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifəsinə təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir əyani ifadəsi olduğunu vurğulayıb.Toplantıda baş verənlərlə bağlı daha ətraflı bu linkdən oxuya bilərsiz – https://baku.ws/incident/64802-vilayet-eyvazov-butun-reisleri-bir-yere-topladi-tecl-clas.html
Digər əhəmiyyətli hadisələrdən biri də Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülməsidir.Belə ki, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.Daha ətraflı bu linkdən oxuya bilərsiz – https://baku.ws/politics/64809
Bu gün əhəmiyyətli hadisələrdən biri də ölkədə xəbər saytlarında yaranmış problemlər oldu. Bəzi xəbər portalları açılmadı, bəzilərinin yenilənməsində problemlrə müşahidə olundu.Qeyd edək ki, bu gün "qafqazinfo", "unikal", APA və s. xəbər saytlarında problemlər yaranıb.Daha ətraflı bu linkdən oxuya bilərsiz - https://baku.ws/incident/64812-bezi-xeber-saytlari-achilmir-ne-bash-verir.html
Diqqət cəlb edən başqa bir hadisə isə Rusiyanın Gürcüstana ünvanladığı ultimatumdur.Bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.Onun sözlərinə görə, bu xəbərdarlıq Gürcüstanda baş verən son hadisələrə görə edilib. Peskov bildirib ki, son günlər Gürcüstanda baş verən etiraz aksiyalarının müşahidəsi onu göstərir ki, ümumilikdə orada rusofobiya çoxalıb.
“Biz sənədlərdə xəbərdarlığın dəqiq vaxtını qeyd etməmişik. Hazırda Gürcüstanda rusofobiya ən yüksək səviyyədədir. Orada vəziyyət düzələnə qədər ultimatum keçərlidir”, - deyə Dmitri Peskov bildirib.Daha ətraflı bu linkdən oxuya bilərsiz - https://baku.ws/politics/64818-rusiya-gurcustana-ultimatum-verdi.htmlZiya SƏCCAD
Oxşar xəbərlər
Vilayət Eyvazov bütün rəisləri bir yerə topladı – TƏCİLİ İCLAS
Daxili İşlər Nazirliyində nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib.B...