“Günün Yekunu” - 21 iyun 2019

“Günün Yekunu” - 21 iyun 2019
Siyasət 3243
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, gün intihara cəhd hadisəsi ilə aktiv başlayıb. Ziya Bünyadov prospektində körpüdən atlayaraq intihar etmək istəyən qadın son anda xilas edilib. körpünün aşağı hissəsində Fövqəladə Hallar Nazirlyinin işçiləri hava yastığı açıb və gənc qadın onun üzərinə düşüb.Xəbər daha ətraflı bu linkdə - https://baku.ws/incident/64647Dünəndən etibarən Gürcüstanın paytaxtı Tbilisidə başlayan aksiya səhər saatlarında dağıdılıb. Qarşıdurmalar nəticəsində onlarla insan xəsarət alıb.Məlumat üçün bildirək ki, dünən Gürcüstanda Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun Gürcüstan Parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub.Daha ətraflı bu linkdə - https://baku.ws/dunya/64648
Nəticədə öz kreslosunu rusiyalı deputata həvalə edən Gürcüstan parlamentinin spikeri aksiyalar fonunda istefa verib. Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisidə baş verən hadisələrlə əlaqədar Azərbaycana səfərini yarımçıq qoyaraq Gürcüstana qayıdıb.Daha ətraflı bu linkdə - https://baku.ws/dunya/64655O, Gürcüstana qayıdan kimi istefa verib. Bu barədə qərar “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının iclasında qəbul edilib.İddialara görə, yeni sədr Arçil Talakkadze olacaq.Daha ətraflı bu linkdə - https://baku.ws/dunya/64679
Səhər saatlarında sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb. Yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunub.Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.Daha ətraflı bu linkdə - https://baku.ws/incident/64653
Bu arada, qeyd edək ki, Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.Daha ətraflı bu linkdə - https://baku.ws/politics/64639Keçmiş Daxili İşlər naziri Ramil Usubov polis əməkdaşlarına müraciət edib və onlarla sağollaşıb. O, Vilayət Eyvazovun nazir təyin edilməsinə sevindiyini vurğulayıb.Müraciətin tam mətnini bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/64688Təyinatdan söz düşmüşkən qeyd edək ki, Zakir Qaralov bu gün yeni hərbi prokuror təyin etdi. Ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Füzuli hərbi prokuroru vəzifəsinə təyin edilib. E.Hacıyev bundan əvvəl Lənkəran hərbi prokuroru olub.Daha ətraflı bu linkdə - https://baku.ws/politics/64687
Azərbaycanın yeni Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev də nazirliyin kollektivinə təqdim edilib. Yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.Daha ətraflı bu linkdə - https://baku.ws/politics/64673
Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Nazirlər həmçinin ABŞ prezidentini milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparıblar. Danışıqların gündəliyində əsas məsələ kimi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü hazırlamaq dururdu.Erməni baş nazir Nikol Paşinyanın ABŞ danışıqları ərəfəsində sərgilədiyi destruktiv mövqeyindən daha qənaət hasil olur ki, rəsmi İrəvan Qarabağa dair konstruktiv danışıqlara hazır deyil və kövrək sülh prosesini belə pozmaq niyyətindədir. Söhbət təkcə təmas xəttində artan erməni təxribatlarından getmir.“Yeni Müsavat”ın analitik şöbəsinin hazırladığı məqaləni bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/64658
Günün üzücü xəbərlərindən biri Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşməsi ilə bağlı idi. Belə ki, səhhəti pisləşən xanəndə xəstəxanaya yerləşdirilib.Daha ətraflı bu linkdə - https://baku.ws/mdniyyt/64675
Günün fədakarlığı isə Gəncədə çalışan bir müəllim tərəfindən olub. Belə ki, 26 saylı məktəb-liseyin fiziki tərbiyə müəllimi 1991-ci il təvəllüdlü Murad Məmmədovun qaraciyərinin 68 faizi 1951-ci il təvəllüdlü anası Mahirə Məmmədovaya köçürülüb. Əməliyyat Heydər Əliyev Fondunun maddi dəstəyi ilə Bakıdakı xəstəxanalardan birində baş tutub.Daha ətraflı bu linkdə - https://baku.ws/social/64680
Fərid ƏDALƏT

Son xəbərlər