Gürcüstanda etiraz aksiyasının miqyası genişlənir - FOTO
20
iyn
2019
21:08
Tbilisidə etirazçılar Rustaveli küçəsini bağlayıblar.BAKU.WS APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, parlament sədrinin və daxili işlər nazirinin istefası tələbi ilə parlamentin önünə toplaşan nümayişçilər paytaxtın əsas yollarından olan Rustaveli küçəsini bağlayıblar. Hüquq-mühafizə xidmətinin əməkdaşları yolun bağlanmasına əvvəlcə icazə verməsələr də, sonradan nümayişçilər buna nail ola biliblər."Girçi" partiyası da artıq nümayişlərə qoşulduğunu bəyan edib. Partiyanın lideri Zurab Caparidze bildirib ki, onlar həm hökümətə, həm də patriarxlığa etiraz edirlər."Anlamalısınız ki, bu günkü vəziyyətin əsas səbəbkarlarından biri Gürcüstan patriarxlığıdır. Mən gəlmişəm göstərəm ki, patriarxlıq Rusiyanın bu ölkədəki əsas güclərindən biridir", - deyə Z.Cparidze bildirib.Tbilisi Dövlət Universutetinin və İlia Dövlət Universitetinin tələbələri də nümayişə qoşulacaqlarını bəyan ediblər."Vahid Milli Hərəkat" partiyasının sədri Qriqol Vaşadze isə hökümətə parlamentin sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Georgi Qaxariyanın və Dövlət Təhlükəsizliyi xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin istefası üçün bir saat vaxt verdiyini bəyan edib.Gürcüstanın Daxili İşlər Nazirliyi Tibilisidə nümayişçilərdən dərhal qanun pozuntusuna son vermələrini və parlament ərazisini tərk etmələrini tələb edib. Qurum əks halda polisə qanunla icazə verilən bütün zəruri tədbirləri görməyi əmr edəcəyini bəyan edib. Artıq daxili işlər naziri Georgi Qaxariya da mitinqin keçirildiyi Rustaveli küçəsinə gəlib. O, etirazçıları polisin tələblərinə riayət etməyə çağırıb. Azərbaycanda olan Gürcüstan Parlamentinin sədri də istefa verməyəcəyini bəyan edib.Tbilisi ilə bərabər Gürcüstanın Poti, Batumi və bir sıra digər rayonlarında da etiraz aksiyaları keçirilib.Qeyd edək ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb. S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilir.
Qalereya
Oxşar xəbərlər
Deputat: “Keşikçidağ” məsələsi həll olunacaq
Bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyirlər. Gürcüstanda da bəzi naşı siyasətçilər bu məsələni qabardırlar.BAKU.WS Oxu...