Rusiyalı deputatlar Gürcüstanı tərk edib

Rusiyalı deputatlar Gürcüstanı tərk edib
Siyasət 808
Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyasında iştirak edən Rusiya nümayəndə heyəti Gürcüstanı tərk edib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, PPA-nın prezidenti, rusiyalı deputat Sergey Qavrilov və Rusiya Dumasının digər üzvləri Tbilisi hava limanından təyyarə ilə yola salınıblar.Rusiyalı deputatlar qaldıqları hoteldən çıxarkən vətəndaşların etirazları ilə qarşılaşıblar. Onlar rusiyalı deputatlar istiqamətinə su qabları atıblar.Qeyd edək ki, Rusiya Dumasının üzvlərinin Tbilisidə beynəlxalq tədbirdə iştirak etməsi və PPA-nın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ictimaiyyət arasında böyük narazılıq yaradıb.

Oxşar xəbərlər

Nərgiz Paşayeva Rusiyada gizli səsvermə ilə akademik seçildi

Nərgiz Paşayeva Rusiyada gizli səsvermə ilə akademik seçildi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Nərgiz Paşaye...

1072 Siyasət 09:05 05 mart 2019

Son xəbərlər