Rusiyalı deputat: İşğal altındakı yeddi rayon Azərbaycana qaytarılmalıdır
"Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addım Azərbaycanın işğal altında olan yeddi rayonunun qaytarılmasıdır”.
BAKU.WS APA-ya istinadən xəıbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.
Rusiyalı deputatın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların qərarlarına söykənmək lazımdır.
Əlbəttə ki, Dağlıq Qarabağ və işğal altında olan yeddi rayon Azərbaycana qaytarılmalıdır. Əminəm ki, bu yaxın perspektivdə baş verəcək”.
D.Savelyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı olacağını da soyləyib:
"Azərbaycanlı qaçqınların Qarabağ ərazisinə qayıtmasından sonra onun statusu müəyyən olunacaq. Əlbəttə ki, əgər bütün qaçqınlar Qarabağa qayıtsa, referendum keçiriləcək. Ümumxalq səsverməsinin nəticəsinin necə olacağını anlayırıq”.
BAKU.WS
Oxşar xəbərlər
Putin: "Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışacaq"
"Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın". APA-nın RİA Novosti ag...