Ermənistan hökumətindəki mənbə: "İşğal edilmiş rayonlar qaytarıla bilər, əgər…"
Azərbaycan və Ermənistan prezidentlərinə Rusiya Federasiyası prezidenti Vladimir Putinin Dağlıq Qarabağ üzrə intensiv danışıqları yeniləmək təklifi haqqında məlumat verilib. Qeyd edilib ki, danışıqlar "yaxın günlərdə başlanmalıdır". "Kommersant"a danışan mənbə bildirir ki, Kremldə həqiqətən Qarabağ münaqişəsinin nizama salmasına ciddi önəm verir.
Yerevan və Bakı arasında hərbi əməliyyatların aktiv mərhələsini dayandırmağa çağıran Rusiya postsovet məkanında ən köhnə münaqişələrdən birinin uzunmüddətli həlli üçün sülh prosesini canlandırmaq niyyətindədir. Dialoqun yenilənməsi halında Qarabağ probleminin nizama salmasında təşəbbüs qərb vasitəçilərindən Moskvaya keçəcək.
"Biz yaxın vaxtlarda tərəfləri danışıqlar masasına oturtmaq üçün bütün lazımlı diplomatik mexanizmlərindən istifadə edirik", - deyə nəşrin yüksək vəzifəli mənbəyi deyib.
Tatarstanın paytaxtında 2011-ci ildə baş tutan sammiti xatırladan Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirir ki, söhbət Kazan sazişindən gedir. Rusiya Federasiyasının o zamankı prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda Azərbaycanın və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin uzunmüddətli nizama salmasının "yol xəritələri" layihəsinə baxıblar.
Layihə müharibə zamanı ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağın (Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, qismən Fizuli, Ağdam rayonları və Laçın rayonun 13 kəndi) ətraf rayonlarının azad edilməsini özündə ehtiva edirdi. Həmçinin, Ermənistanı və Dağlıq Qarabağla bağlayan Laçın dəhlizin yaradılması da layihədə öz əksini tapmışdı. Dağlıq Qarabağın statusunu müəyyən etmək isə bir neçə il sonra, referendum vasitəsilə müəyyənləşdirilməsi planlaşdırılırdı. Təbii ki, bu proses qaçqınların Qarabağa yerləşdirilməsindən sonra öz həllini tapacaqdı. Ancaq son anda 2011-ci ildə Azərbaycanın və Ermənistanın liderləri güzəştə getməyə nail ola bilmədilər.
Ermənistan hökumətində yüksək vəzifəli mənbə nəşri inandırır ki, erməni tərəfi Rusiyanın vasitəçilik etdiyi zaman əldə edilmiş razılıqların müzakirəsinə qayıtmağa hazırdır. Onun sözlərinə görə, Qarabağ ətrafındakı rayonlar erməni qüvvələri tərəfindən işğal edilib: ""Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınması halında, əvəz kimi ətraf rayonları Azərbaycana qaytarmaq olar.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyanın Qarabağ təklifi: 5 rayon qaytarılacaq
Rusiyadakı "News Media" media-holdinqinə daxil olan "İzvestiya" qəzetində "Vladimir Putin Qarabağ düyününü boşaltmağa çalışacaq" başlıqlı məqalə dərc olunub. M...