Rusiya Qarabağdakı müharibəni necə dayandırdığını açıqladı

Rusiya Qarabağdakı müharibəni necə dayandırdığını açıqladı
Siyasət 5442

 

Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan irimiqyaslı hərbi əməliyyatlar Rusiyanın hərbi, diplomatik və siyasi kanallarla göstərdiyi intensiv səylərin nəticəsi olaraq aprelin 5-də dayandırıldı. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin vasitəçiliyi ilə Moskvada görüşüb atəşkəs barədə şifahi razılaşma əldə etdilər.

İndi erməni tərəfi iddia edir ki, guya atəşkəs barədə əvvəlcə Azərbaycan tərəfi xahiş edib və baş qərargah rəislərinin görüşünə hazır olduğunu Moskvaya birinci çatdırıb. Azərbaycan Müdafiə Nazirliyi atəşkəs barədə birinci kimin müraciət etdiyi barədə deyilənləri şərh etmir. Ancaq Rusiya Baş qərargahındakı və Müdafiə Nazirliyindəki mənbələr tərəflərin hərbi əməliyyatları dərhal dayandırılması barədə səylərin məhz Moskva tərəfindən başladıldığını təsdiq edirlər.

Yəni faktiki olaraq hər iki tərəf Moskvanın hərbi əməliyyatların dərhal dayandırılmasına dair göstərdiyi güclü təzyiqlər qarşısında geri addım atıb.

Virtualaz.org xəbər verir ki, Rusiya Baş qərargahındakı mənbə "Kommersant Vlast”a ("Kommersant”ın həftəlik əlavəsi) hərbi əməliyyatların başlanması barədə daxil olan ilk məlumatlardan sonra hərəkətə keçdiklərini deyib.

 

"Bizə dərhal aydın oldu ki, bu adi atışma deyil, tammiqyaslı müharibənin məşqidir. Ona görə də vəziyyət barədə ölkə rəhbərliyinə məruzə edəndən dərhal sonra biz Azərbaycan və Ermənistan tərəfləri ilə əlaqə yaratdıq. Onları silahı yerə qoyub hərbi əməliyyatları dərhal dayandırmağa, danışıqlar masası arxasına keçməyə çağırdıq”-mənbə bildirib.

Baş qərargahdakı zabit onu da deyib ki, əslində irimiqyaslı hərbi əməliyyatların daha əvvəl başlaması da mümkün idi. Çünki fevralın əvvəllərində Azərbaycan və Ermənistan bir birlərinin mövqelərin güclü zərbələr endirmişdilər,ancaq o vaxt məsələ birbaşa toqquşmaya qədər gedib çıxmadı. Lakin bu dəfə irimiqyaslı müharibə çox yaxın idi. Təmas xəttinə ağır silahlar və hərbi texnika yeridilmişdi.  

Rusiya ordusunun istefada olan polkovniki Viktor Muraxovski isə "Vlast”a şərhində deyib ki, kəmiyyət və keyfiyyət baxımından Azərbaycan ordusu Ermənistan ordusundan üstündür. Bu, şəxsi heyətin hazırlığında və kifayət qədər böyük silah arsenalında da özünü göstərir. Lakin ekspertin qiymətləndirmələrinə görə, əməliyyat vəzifələrini yerinə yetirmək üçün Azərbaycan, hərəsində ən azı 45 min əsgər olmaqla, iki operativ qruplaşmaya malik olmalıdır. Bunu isə səfərbərlik elan edilmədən təmin etmək mümkün deyil.

"Ona görə də elə təsəvvür yaranır ki, hər şey spontan alındı. Tərəflər əllərinin altında hansı bölmələr vardısa onu təmas xəttinə yeritdi”-polkovnik deyib.  

Rusiya Müdafiə Nazirliyindəki mənbə isə deyib ki, onlar hərbi əməliyyatların dayandırılmasına çalışırdılar. Hansı ki, Azərbaycan ordusu geri aldığı strateji yüksəkliklərdə, məsələn, Talış kəndi ətrafında möhkəmlənmək istəyirdi, erməni hərbçiləri isə öz növbəsində buna imkan verməməyə çalışırdı. Nəhayət aprelin 5-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qəargah rəisləri Moskvaya getdilər.

 

Onlar təmas xətti boyu hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə etdilər. Kremldəki yüksək rütbəli mənbə də tərəflərin döyüşləri Rusiyanın səyləri ilə dayandırdığını təsdiq edib. Mənbə bildirib ki, zərurət yaranarsa Moskva yenə vasitəçi funksiyasını üzərinə götürməyə hazırdır. "Əgər situasiyanı stabilləşdirmək üçün Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək lazım gələrsə heç bir şübhə yoxdur ki, biz bunu da edəcəyik”-mənbə "Vlast”a deyib.  

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər