Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
Azərbaycanda ictimai nəqliyyatda güzəştlərlə bağlı mövzu son illər ən çox müzakirə olunan sosial məsələlərdən birinə çevrilib.
BAKU.WS-in məlumatına görə, xüsusilə pensiyaçılar, tələbələr və həssas kateqoriyadan olan vətəndaşlar üçün mövcud güzəştlərin genişləndirilməsi barədə ictimai gözləntilər artır.
Bu sahədə yeniliklərin tətbiqi həm vətəndaşların gündəlik xərclərinə təsir edir, həm də ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Dünyanın bir çox ölkəsində müxtəlif yaş qrupları və sosial statusları təşviq edən proqramlar çərçivəsində genişmiqyaslı güzəştlər tətbiq olunur. Azərbaycan da bu təcrübələri nəzərdən keçirərək daha səmərəli və ədalətli model formalaşdırmağa çalışır.
Bəs avtobuslarda güzəştlər nə vaxtdan tətbiq oluna bilər?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, Azərbaycanda bütün avtobuslar nağsız ödənişə keçdikdən sonra güzəştlərin tətbiqi reallaşacaq:
"Gələn il yanvarın 1-dən "Brutto" müqalivəsinə keçid reallaşacaq. Bu müqavilə həmin güzəştləri tətbiq etmək üçün bir alətdir. Sistem işə düşəndən sonra günlük, həftəlik, aylıq və illik bilet paketləri təklif olunacaq. Eyni zamanda tələbələr, pensiya alan şəxslər, müharibə veteranları müəyyən güzəştlərdən istifadə etmək imkanı qazanacaqlar.
Uzaq məsafədən (Pirallahı, Bilgəh və Sumqayıt kimi məsafələrdən) gələn şəxslər 90 dəqiqə ərzində bir ödəniş edəcəklər. Həmin müddətdə digər növdən pulsuz istifadə edəcəklər. Bununla da vətəndaşlar öz bücələrinə qənaət etmiş olacaqlar.
Bunun üçün nağd ödənişlə işləyən avtobusların xəttdən çıxarılması, müasir avtobuslarla əvəzlənməsi və bütün sistemin nağdsız olması şərtdir. Yəni bunu edəndən sonra güzəştlər tətbiq ediləcək. Növbəti iki il ərzində bu sistemin tətbiq edilməsi nəzərdə tutulub".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda yağış yağacaq, rayonlarda 21 dərəcə isti olacaq - PROQNOZ
Bakıda noyabrın 18-də yağış yağacağı, rayonlarda 21 dərəcə isti olacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ba...