Ermənilər kəndləri vurmağa başladı: 56 evə ziyan dəydi
Bu dəqiqələrdə erməni silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəs rejimini pozub.
Bu barədə AzVision.az-a kəndin icra nümayəndəsi Abbas Allahverdiyev bildirib. Onun sözlərinə görə, düşmən tərəfi yaşayış evlərini atəşə tutub.
"Bu gün ermənilər pulemyot və minaatanlar vasitəsilə yaşayış evlərini atəşə tutub. Aprelin 2-dən indiyədək 8 ev yarasız hala düşüb, 56-a yaxın evə isə ciddi ziyan dəyib. Evlərin əksəriyyətinin damları, divarları top atəşləri nəticəsində dağılıb”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olunub.
Buna baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyindən atəşkəslə bağlı açıqlama
Aprelin 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənist...