Azərbaycan Ordusundan İrəvana xəbərdarlıq: "Məhv edəcəyik"
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ordumuz erməni hərbi texnikasını belə məhv etdi (VİDEO)
Düşmənin hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qoşunların təmas xətti...