Azərbaycandan erməni ordusunu qorxuya salacaq anons

Azərbaycandan erməni ordusunu qorxuya salacaq anons
Hadisə 3749

"SentyabrIn 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlardan da istifadə edilməklə, Ağdam rayonunun cəbhə boyu kəndlərinin atəşə tutulması nəticəsində mülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.

Ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar”.

BAKU.WS-in məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Maraqlıdır ki, belə vəziyyətdə beynəlxalq qurumlar erməni tərəfinin itkilərinə dərhal reaksiya verdiyi halda, nədənsə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və dinc sakinlərinin qətlinə biganə qalır və ermənilərin cinayətlərinə düzgün reaksiya verməyərək göz yumurlar.

Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır. Bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin

üzərinə düşür”, - deyə MN mətbuat xidmətində qeyd edilib.

BAKU.WS

Oxşar xəbərlər

Erməni həyasızlığının ən son həddi (FOTO)

Erməni həyasızlığının ən son həddi (FOTO)

Ermənistan tərəfinin daha bir fitnəkarlığı faş olub. BAKU.WS-in məlumatına görə, erməni KİV-lər bu dəfə özləri özlərini ifşa ediblər. Erməni KİV-lərindən bəzi...

3123 Hadisə 10:43 27 sentyabr 2015

Son xəbərlər