Ermənilər İrəvana yaralı daşıyırlar
Sentyabrın 25-də təmas xəttində Azərbaycan ordusunun cavab atəşi nəticəsində yaralanan erməni hərbçilərinin vəziyyəti ağırdır.
BAKU.WS-in məlumatına görə, yaralanan 10 hərbçidən altısının vəziyyətləri kritik olduğu üçün İrəvana aparılırlar. Yaralılar İrəvana aparılmaq üçün Xankəndiyə gətiriliblər.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında dünən qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verdiyi bildirilirdi .
BAKU.WS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 74 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Novruzlu, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Nəmirli, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 81 atəş zərbəsi endirib.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan Ordusu erməniləri yasa batırdı
Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində separatçı Qarabağ rejimi rəhbərliyi qorxuya düşüb. BAKU.WS-in məlumatına görə, erməni işğalı altında olan Xan...