Ordumuz erməni hərbi texnikasını belə məhv etdi (VİDEO)

Ordumuz erməni hərbi texnikasını belə məhv etdi (VİDEO)
Video
Hadisə 2921

 

Düşmənin hərbi texnikası məhv edilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus sığınacaqda olan hərbi texnika sərrast atəşlə məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 98 dəfə pozub. 

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Yusifcanlı, Şıxlar, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 104 dəfə atəş zərbəsi endirib.

 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə erməni silahlılarını susdurdular

Cəbhədə erməni silahlılarını susdurdular

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində a...

1018 Hadisə 10:53 08 dekabr 2015

Son xəbərlər