"Epşteyn işi" ilə bağlı sənədlər 30 günə açıqlanacaq
ABŞ Ədliyyə Nazirliyi 30 gün ərzində mərhum Ceffri Epşteynlə bağlı sənədləri açıqlayacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pam Bondi Konqres materialların açıqlanmasına demək olar ki, yekdilliklə səs verdikdən sonra Vaşinqtonda keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Agentlik qeyd edib ki, bu material Epşteynin azyaşlıları fahişəliyə cəlb etməkdə təqsirli bilindiyi 2008-ci ildən əvvəlki fəaliyyətinə aydınlıq gətirə bilər.
Bondinin sözlərinə görə, departament sənədlərdə adı keçən bütün seksual alver qurbanlarının şəxsiyyətini də qoruyacaq: "Biz bundan sonra da qanunlara əməl edəcəyik və maksimum şəffaflığa çalışacağıq".
Oxşar xəbərlər
Qadın müəllim şagirdini yoldan çıxarıb cinsi istismara məruz qoydu
Avstraliyada 33 yaşlı musiqi müəlliməsi Naomi Tekea Kreyq şagirdinə qarşı cinsi zorakılıq ittihamı ilə həbs olunub. BAKU.WS xəbər verir ki, bu barədə Böyük Bri...