"General çox təkəbbürlü idi, Prezident bunu görüb işdən çıxardı"
Yeniliklərdən dərhal xəbərdar olun
"General-mayor İlqar Abbasov çox təkəbbürlü idi".
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi - general-mayor İlqar Abbasov, çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı", - deyə deputat əlavə edib.
Qeyd edək ki, İlqar Abbasov ötən ay Prezidentin Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. O, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...