Bakı metrosu ilə bağlı çoxdan gözlənilən YENİLİK - Bu gündən bütün stansiyalarda...
"Bakı Metropoliteni" QSC rəqəmsal dünyanın tələblərinə keçidə uyğun olaraq daha bir yenilik edib.
BAKU.WS səhmdar cəmiyyətə istinadən xəbər verir ki, texnoloji yeniliklər və müasir tendensiyalarla ayaqlaşan Bakı Metropolitenində sərnişinlər artıq gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" ilə ödəyə biləcəklər. Paralel olaraq "BakıKart", "BirBank" və "M10"la ödəniş qüvvədə saxlanılır.
Bir müddətdir sınaq rejimində tətbiq edilən ödəniş üsulunun artıq metropolitenin bütün stansiyalarında tətbiqinə başlanılıb.
Yenilik Bənövşəyi xəttin stansiyalarında uğurla sınaqdan keçirilib.
NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.
Qeyd edək ki, hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.
Oxşar xəbərlər
Qəzadan sonra İspinin meyiti parça-parça olubmuş - TƏFƏRRÜAT
Göygöldə iki nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Qəzada həlak olan 16 yaşlı İspi Əliyevin yaxınları Baku TV-yə danışıblar. "16...