Ohanyan Qarabağdakı məğlubiyyətə görə erməni generalları danladı
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda səfərdə olub.
BAKU.WS-in məlumatına görə, erməni nazir səfər çəçivəsində generallarla görüş keçirib. Görüşdə Qarabağdakı 4 günlük müharibədən danışan erməni nazir generalları sərt tənqid edib.
Hərbi əməliyyatlar zamanı böyük itkilərə görə öz iradlarını bildirən nazir müəyyən tapşırıqlar da verib.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfi cəbhədə təxribat törətməyə cəhd edib. Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verib və bir neçə hərbi yüksəkliyi əldə edib. Aprelin 5-də tərəflərin razılığı ilə atəşkəs elan olunub.
BAKU.WS
Oxşar xəbərlər
"Ohanyan xətti"ni dağıtdıq, növbə "Kardaşyan xətti"nindir
Qarabağın şimalındakı Ağdərə şəhəri erməni işğalçıları üçün böyük strateji əhəmiyyətə malik idi. BAKU.WS-in məlumatına görə, Azərbaycanın işğal edilmiş torpaq...