Seyran Ohanyan Qarabağda təxribat törədən PKK terrorçusunun evində (FOTO, VİDEO)

Seyran Ohanyan Qarabağda təxribat törədən PKK terrorçusunun evində (FOTO, VİDEO)
Video
Hadisə 2359
 

Ermənistan müdafiə naziri Seyran Ohanyan 19 dekabr 2015-ci il tarixində Qarabağda öldürülən PKK terrorçusunun evini ziyarət edib.

BAKU.WS-in məlumatına görə, işğal altındakı Dağlıq Qarabağda Azərbaycan mövqelərinə sızmağa çalışarkən öldürülən terrorçunun evinə ziyarətə gedən Ermənistan Müdafiə naziri Seyran Ohanyan ailəyə başsağlığı verib. 

Terrorçuya təriflər yağdıran Ohanyan Ermənistan adından terrorçunun anasına səbr diləyib. Görüntülərdən məlum olur ki, terrorçunun şəkilinin altında PKK terror təşkilatının bayrağı və medallar var. 

Qeyd edək ki, dekabr ayında öldürülən terrorçunun cənazə mərasimində tabutu PKK terror təşkilatının bayrağına sarılıb.

BAKU.WS

Son xəbərlər