Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
"Yeni büdcə müəllim maaşlarına birbaşa təsir göstərə bilər. Dünyada təhsilə xərclənən vəsaitin 60–80 faizi əmək haqqına gedir və Azərbaycan üçün də bu struktur eynidir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert əlavə edib ki, təhsilə ayrılan 5 milyardlıq büdcənin artan hissəsi yeni əmək haqqı modelinə keçidi sürətləndirə bilər:
"Nazirliyin təqdim etdiyi modeldə müəllim həftədə 18-24 saat dərs deyir, qalan vaxtını metodik hazırlıq, tədqiqat, layihə, fərdi məşğələlər və məktəbdaxili fəaliyyətə sərf edir. Bu modelə qoşulan müəllimlər üçün diferensial əməkhaqqı, yəni daha sabit, daha yüksək və nəticəyə bağlı maaş sistemi formalaşır.
Bu, sovet dövrünün "stavka və saat yığma" məntiqindən tamamilə imtina etmək və müəllimin əməyini real iş saatı ilə ölçmək üçün vacib addımdır. Bu yanaşma müəllimin nüfuzunu da yüksəldir, çünki o artıq sadəcə dərs saatı daşıyan yox, məktəbin intellektual mərkəzidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...