Metrodan istifadə edənləri SEVİNDİRİCƏK YENİLİKLƏR

Metrodan istifadə edənləri SEVİNDİRİCƏK YENİLİKLƏR
Açıqlama
Sosial 242

"Bakı metrosunda bənövşəyi xətt inkişaf edəcək. Bu gün həmin xətt üzrə metronun bütün sərnişinlərinin cəmi 3 faizi daşınır. Ona görə bənövşəyi xəttin inkişaf etdirilməsi olduqca vacibdir".

BAKU.WS-in məlumatına görə, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu xətt şəhərin şimal qapısı olduğu üçün həmin istiqamətdə əlavə 6 stansiya inşa olunacaq:

"Hazırda şərti adı "B4" olan stansiya inşa olunur. Bu stansiya Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxasında yerləşir. Gələn ilin sonuna qədər bu stansiya təhvil veriləcək. Növbəti stansiya "Nizami" stansiyasının yaxınlığında olacaq. və bura keçid funsiyası daşıyacaq.

Yəni Sumqayıtdan gələn şərti bir sərnişin "Avtovağzal" stansiyasından qatara minərsə, yerin üstünə çıxmadan metro ilə "Nizami" stansiyasına keçid edərək "Elmlər Akademiyası", "Dərnəgül" istiqamətində rahat hərəkət edəcək. Eyni zamanda "Sahil" yaxınlığında keçid funksiyalı bir stansiya olacaq və Sumqayıtdan gələnd sərnişin "Əhmədli" istiqamətində də hərəkət edə biləcək".

Orxan Hüseyn

Son xəbərlər