18 nömrəli avtobusun sürücüsü zolaqdan istifadə etmədi - SƏBƏB

18 nömrəli avtobusun sürücüsü zolaqdan istifadə etmədi - SƏBƏB
Açıqlama Video
Hadisə 542

Xəbər verdiyimiz kimi "Xaliq Faiqoğlu" şirkətinə məxsus 18 nömrəli marşrut avtobusunun sürücüsünün öz xəttindən istifadə etməməsi digər hərəkət iştirakçısının ciddi narazılığına səbəb olmuşdu.

Məsələ ilə bağlı "Xaliq Faiqoğlu" şirkətindən BAKU.WS-ə bildirildi ki, belə hallarla gün ərzində tez-tez qarşılaşırıq:

"Beləki, Qeyd olunan məsələ tərəfimizdən araşdırılmışdır. 18.11.2025-ci il tarixində Səbail rayonu, Zərifə Əliyeva küçəsində aparılan baxış zamanı müəyyən edilmişdir ki, küçənin Bülbül küçəsi ilə Səməd Vurğun küçəsi arasındakı hissəsində yolun sağ tərəfində yerləşən irigövdəli ağac əyilərək avtobus zolağına doğru istiqamətlənmişdir. Bu səbəbdən iriqabaritli nəqliyyat vasitələri, xüsusilə də 18 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən "Otokart Kent LF CNG" markalı avtobusların təhlükəsiz hərəkətinə maneə yaradır.

Təhlükənin qarşısını almaq məqsədilə qeyd olunan və digər marşrutlar üzrə hərəkət edən avtobuslar zolaqdan qismən çıxaraq digər hərəkət zolağına daxil olurlar. Məsələnin mahiyyətini nəzərə almanızı xahiş edirik. Bu kimi hallar sürücüləri məcbur edir ki, təhlükəsizlik məqsədi ilə zolaq dəyişsinlər. Yolda gözlənilməz maneələrin yaranması bəzən qaydanı pozmağa gətirib çıxarır."

18 nömrəli avtobusun sürücüsü zolaqdan istifadə etmədi - SƏBƏB

***11:15

Bakıda "Xaliq Faiqoğlu" şirkətinə məxsus 18 nömrəli marşrut avtobusunun sürücüsünün öz xəttindən istifadə etməməsi digər hərəkət iştirakçısının ciddi narazılığına səbəb olub.

BAKU.WS-in məlumatına görə, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə avtobusun zolaqdan çıxaraq digər avtomobilin yolunu kəsdiyi görünür.

Son xəbərlər