Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...

Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ - 15 iş günü ərzində...
Sosial 158

Əlilliyin qiymətləndirilməsi prosesində vətəndaş-məmur ünsiyyəti minimuma endirilib.

Bunu BAKU.WS-in sorğusuna cavan olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov deyib.

O, bildirib ki, əlilliyin qiymətləndirilməsi prosesi 2016-ci ildən etibarən elekton qaydada həyata keçirilir. Əlillik təyinatı prosesinin rəqəmsallaşdırılması, qərarların adsızlaşdırılmış elektron sənədlər əsasında verilməsi vətəndaş-məmur ünsiyyətini minimuma endirməklə, bu sahədə şəffaflıq və obyektivliyin tam təmin olunmasına nail olunub:

"Əlilliyin qiymətləndirilməsi üçün vətəndaş ilk növbədə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə (poliklinika və ya xəstəxana) müraciət etməlidir, burada şəxsə dair forma 88 tərtib olunub, rəsmiləşdirilərək Əlillik Altsisteminə ötürülür. Şəxsin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatların adsızlaşdırılması şəffaflığın təmin edilməsi üçün ən vacib addımlardan biridir. Agentliyin tibbi-sosial ekspertiza komissiyalarının həkim-ekspertləri forma-88 sənədində vətəndaşın diaqnozu, xəstəliyi və onun ağırlaşmalarından başqa heç bir şəxsi məlumatı görmürlər. Göndəriş altsistemə daxil edildikdən sonra 15 iş günü ərzində qiymətləndirmə aparılır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat vətəndaşın mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə vətəndaşın öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir".

Tural Qurbanov deyir ki, son illər əlillik təyinatı sahəsində nəzarət gücləndirilmiş, xidmət keyfiyyətinin artırılması, əlillik təyinatlarında ünvanlılığın təmin edilməsi, effektiv xidmətlərin göstərilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bir sıra işlər görülüb.

"Bu sahədə inzibatçılıq və qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi və risk qrupu xəstəliklər üzrə əlillik təyinatlarının araşdırılması kimi tədbirlər görülməkdədir", - deyə qurum rəsmisi vurğulayıb.

Banu Hüseynli

Son xəbərlər