“Putin Sarkisyana təzyiq edir ki, 5 rayonu azad etsin...”
"Rusiyanın Qarabağ nizamlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə Qarabağın statusu məsələləri ayrıca nəzərdə tutulur”.
BAKU.WS-in musavat.com-a istinadən məlumatına görə, bu barədə "Qazeta.ru” nəşri Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrəvan səfərinin nəticələrini şərh edərkən yazıb.
Nəşr "yeni plan”ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın mənbələr vasitəsilə öyrənməyə çalışıb. Mənbələrin informasiyasına görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur.
"Yerdə qalan iki rayon (Laçın və Kəlbəcər – red.) isə daha sonra qaytarıla bilər.
Qeyd edək ki, həmin iki rayon da Dağlıq Qarabağa bitişikdir. Bunun qarşılığında Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin blokadası götürülməlidir” – nəşr qeyd edib.
"Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək və bu artıq gələcək nəsillərin işidir” – Rusiya elitasındakı yüksək çinli mənbələrdən biri nəşrə bildirib. Ancaq Ermənistan rəhbərliyinə yaxın həmsöhbət "Qazeta.ru”ya deyib ki, bu plana İrəvanda müqavimət doğurub. "Ermənilər ehtiyat edir ki, Azərbaycan tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu ilə bağlamaqda təkid edir”.
BAKU.WS
Oxşar xəbərlər
Lavrovun Sərkisyanla danışıqları çox gərgin keçib
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana olduqca gərgin atmosferdə keçən səfəri başa çatıb. Aprelin 22-də axşama doğru İrəvanda anti-rusiya aksiyaları...