Erməni deputatlar sabah Bakıya gələcək
20
sen
2017
22:23
Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan sabah Bakıya gəlmək niyyətindədir.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Armen Aşotyan “Facebook” səhifəsində yazıb.Onun sözlərinə görə, onlar sentyabrın 22-də Bakıda keçiriləcək Euronest Parlament Assambleyasının (PA) təşkil etdiyi forum çərçivəsində “Şərq tərəfdaşlığı” proqramı ölkələrində gender bərabərliyi məsələlərinin müzakirəsində iştirak edəcəklər.Məlumata görə, Ermənistan nümayəndə heyəti Bakıda keçirilən bu tədbirdə iştirak etmək üçün dəvət alıb.Milli Məclisin Mətbuat xidmətindən bildiriblər ki, erməni deputatların adları iclas iştirakçılarının siyahısında var, lakin onların tədbirə qatılıb-qatılmayacaqları barədə dəqiq məlumat yoxdur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan xəbərdarlıq etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən Fransada yerləşən Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzin (Center for Political and Foreign Af...