SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Gürcüstana ultimatum verib.

BAKU.WS xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu xəbərdarlıq Gürcüstanda baş verən son hadisələrə görə edilib. Peskov bildirib ki, son günlər Gürcüstanda baş verən etiraz aksiyalarının müşahidəsi onu göstərir ki, ümumilikdə orada rusofobiya çoxalıb.

“Biz sənədlərdə xəbərdarlığın dəqiq vaxtını qeyd etməmişik. Hazırda Gürcüstanda rusofobiya ən yüksək səviyyədədir. Orada vəziyyət düzələnə qədər ultimatum keçərlidir”, - deyə Dmitri Peskov bildirib.

Prezident sözçüsü əlavə edib ki, hələlik sanksiyalardan söhbət getmir.
BAKU.WS