Azərbaycan tam heyətlə Rusiyaya səs verdi - AŞPA-da Rusiyaya dəstək verən ölkələrin SİYAHIsı
26
iyn
2019
11:59
Rusiya 5 il fasilədən sonra Avropa Şurası Parlament Assambleyasında səs hüququ qazanıb. BAKU.WS “Russia today” kanalına istinadən xəbər verir ki, Fransanın Strasburq şəhərində toplanan Avropaa Şurası Parlament Assambleyasının yay sessiyasında keçirilən səsvermədə Krımı işğalı səbəbindən 2014-cü ildə AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ əlindən alınan Rusiyanın geri qayıtmasını nəzərdə tutan qərar qəbul edilib.Kanalın “Instagram” səhifəsində səsvermənin nəticələri barədə açıqlama verilib.Nəticələrə əsasən 12 ölkə nümayəndələri Rusiyanın xeyrinə yekdilliklə səs veriblər.
Bu ölkələr Andorra, Avstriya, Azərbaycan, Kipr, İspaniya, Fransa, İrlandiya, İslandiya, Norveç, Serbiya, San Marino, Türkiyədir.Daha 11 dövlətin nümayəndə heyəti qətnaməni səs çoxluğu ilə dəstəkləyib.
Bu ölkələr Ermənistan, Belçika, İsveçrə, Çexiya, Almaniya, Xorvatiya, İtaliya, Moldova, Hollandiya, Portuqaliya və Slovakiyadır.Səsvermə zamanı Estoniya, Gürcüstan, Litva, Latviya və Ukrayna tam tərkibli heyətlə Rusiyaya qarşı səs veriblər.Xatırladaq ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi səbəbindən AŞPA-dakı Rusiya nümayəndə heyətinin səsvermə hüququnu əlindən alınmışdı. Rusiya da bu sanksiyaya reaksiya olaraq, 2016-cı ildən etibarən öz nümayəndə heyətini AŞPA-ya göndərməmək barəsində qərar qəbul edib.Ziya SƏCCAD
Oxşar xəbərlər
"Eurovision-2019"-un nəticələri dəyişdirildi - RƏSMİ
"Eurovision-2019" mahnı müsabiqəsinin nəticələri dəyişdirilib. BAKU.WS xəbər verir ki, Avropa Yayım İttifaqı (AYİ) bununla bağlı bəyanat yayıb.Bəyanatda deyilir...