SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 ha ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının 120 nəfər canlı qüvvəsi və 18 ədəd texnikası cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

***14:46***

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğının baş verdiyi hadisə yerinə gəliblər.

***14:32***

Bakının Xətai rayonunda güclü yanğın başlayıb.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, rayonun Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Hadisə yerində olan “REAL TV”nin müxbirinin verdiyi məlumata görə, yanğın zamanı tüstüdən boğulanlar olub. Onları ilkin tibbi yardım göstərilib.

İlkin ehtimallara görə, ərazidə otlaq sahələri yandıqdan sonra yaşayış evlərinə keçib.
BAKU.WS
VİDEO

QALEREYA