Bakıda "X-Lady" mağazasında baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

Bakıda X-Lady mağazasında baş verən yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)
Video
Hadisə 7461
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.***11:41Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın məhdudlaşdırılıb.Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.Qeyd edək ki, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.***10:18Bakıda mağazada yanğın baş verib. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.Hazırda yanğınsöndürmə işləri davam etdirilir.Əlavə məlumat veriləcək.BAKU.WS-in "qaynar xətti"nə gələn görüntünü təqdim edirik:

Son xəbərlər