Bakıda qaçqınların məskunlaşdığı evlərdə yanğın – VİDEO

Bakıda qaçqınların məskunlaşdığı evlərdə yanğın – VİDEO
Video
Hadisə 1527

Bakı şəhəri, Sabunçu rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı evlərdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əraziyə baxış zamanı məlum olub ki, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakıda ev partladı

Bakıda ev partladı

Bakıda evdə partlayış baş verib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumata görə, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində pa...

1336 Hadisə 09:21 13 fevral 2019

Son xəbərlər