Bakıda binada yanğın - 55 nəfər təxliyə edildi
03
apr
2018
16:23
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.BAKU.WS
Oxşar xəbərlər
FHN Mingəçevirdəki yanğınla bağlı AÇIQLAMA YAYDI
Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsi...