Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi (VİDEO)

Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyyə edildi (VİDEO)
Video
Hadisə 6958
 

Bakıda çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan 4 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 10 m2 sahədə, 2 otağın plastik pəncərə və qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Murad Səmədov

BAKU.WS 

Oxşar xəbərlər

Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci...

1098 Hadisə 17:51 17 aprel 2017

Son xəbərlər