Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib
                            
                                03
                                apr
                            
                                2017
                                09:26
                            
                            Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
BAKU.WS-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ev yandı: xilasedicilər hərəkətə keçdi
Bu gecə Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 ot...