Bakıda doqquzmərtəbəli binada yanğın: sakinlər təxliyyə olundu

Bakıda doqquzmərtəbəli binada yanğın: sakinlər təxliyyə olundu
Hadisə 967

 

Bakı şəhəri, Xəzər rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın qeydə alınıb.

BAKU.WS-in məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, dəhlizi 23 m2 və aynabənd 10 m2 sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin, hamamın, lambirindən ibarət tavanı 10 m2 sahədə və 2 ədəd plastik qapi əriyib. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Yanğından mənzilin qalan hissəsi və qonşu mənzillər mühafizə olunub.

Yanğın saat 00.33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakı səhəri yanğın xəbəri ilə açdı

Bakı səhəri yanğın xəbəri ilə açdı

Bu gün Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli binada yanğın hadisəsi baş verib. BAKU.WS-in FHN-ə istinadən verdiyi məlumata görə, mansard tipli yaşayış b...

3223 Hadisə 09:35 03 noyabr 2016

Son xəbərlər