Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Yasamalda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib
Hadisə 1098

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib

Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruks...

1130 Hadisə 09:26 03 aprel 2017

Son xəbərlər