Xırdalanda beşmərtəbəli binada yanğın - sakinlər təxliyə edildi (VİDEO)

Xırdalanda beşmərtəbəli binada yanğın - sakinlər təxliyə edildi (VİDEO)
Video
Hadisə 1310
Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Şahin BAKU.WS

Son xəbərlər