"Formula-1" yarışları zamanı bulvara necə girmək olar? - VİDEO

Formula-1 yarışları zamanı bulvara necə girmək olar? - VİDEO
Video
Sosial 2367
 

Paytaxt Bakının ev sahibliyi edəcək "Formula-1" yarışlarına sayılı günlər qaldığından Dənizkənarı Bulvarda hazırlıq işləri daha da intensivləşib. ANS TV-nin məlumatına görə, "Formula-1" yarışlarını izləmək üçün bileti olmayan şəxslərə narahat olmağa dəyməz.

Bakı Dənizkənarı Bulvar ərazisinin cəmi 3 kilometrlik hissəsi bağlı qalacaq. Bu hissə Azneft dairəsindən, Dəniz limanı ərazisinə qədər olan yerdir. Bu ərazilərə bilet və xüsusi dəvətnamələrlə daxil olan şəxslərə bulvar ərazilərində pulsuz xidmətlər göstəriləcək. Bulvar ərazisinin qalan hissəsi isə sakinlərin ixtiyarında olacaq.

"Formula-1" yarışlarına hazırlıq çərçivəsində mümkün qəzaların baş vermə ehtimalına qarşı  Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb. Xəstəxananın baş həkiminin müavini  Nadir Mehdiyevin sözlərinə görə, palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb.

Digər palatalarda isə xüsusi yataqlar hazırlanıb ki, onların döşəməsi qumdandır. Bundan başqa xəstəxanada, anastezioloq, neyrocərrah, palstik cərrah, tibb bacılarından ibarət qrupa Türkiyədən gələn mütəxəssislər hazırlıq keçib. Hazırda yarışlar vaxtı baş verə biləcək bədbəxt hadisələr zamanı Təcili tibbi yardım xidmətinin necə yardım göstərməsi üzrə təlim məşğələlər aparılır. Yarışlar zamanı sürət  maşınlarının keçdiyi ərazilərdə xüsusi hazırlanmış təcili yardım maşınları növbə çəkəcəklər.

Yarışların başlanma tarixi yaxınlaşdıqca qara bazarda "Formula-1" yarışlarına biletlər satılmağa başlayıb. bu proses ən çox  sosial şəbəkələrdə həyata keçirilir. Burda ən ucuz biletin qiyməti 60 manatdan başlayır. Əslində isə "Formula-1" yarışlarına ən bahalı bilet rəsmi olaraq 700 manata qədərdir. Yalnız qeyri-rəsmi məlumatlara görə, hər bir şəraitlə və yeməklə təmin olunmuş VİP yerlərin qiymətləri 4500 manatdir.

BAKU.WS

Oxşar xəbərlər

Bulvar 3 gün deyil, 5 gün bağlı olacaq

Bulvar 3 gün deyil, 5 gün bağlı olacaq

"Formula-1” Avropa Qran-prisi zamanı şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olaca...

1638 Şou-biznes 12:52 10 iyun 2016

Son xəbərlər