Bulvar 3 gün deyil, 5 gün bağlı olacaq

Bulvar 3 gün deyil, 5 gün bağlı olacaq
Şou-biznes 1638

 

"Formula-1” Avropa Qran-prisi zamanı şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq. Bununla yanaşı, piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

BAKU.WS azərtac-a istinadən xəbər verir ki, müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək. İyunun 16-da günorta saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə "Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

Bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-də gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-də səhər saat 06:00-da aradan qaldırılacaq. "F-1 Şəhərciyi”nin yerləşdiyi Dənizkənarı Mili Park iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-də günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Milli Parka iyunun 16-da günorta saat 14:00-dan etibarən daxil ola biləcəklər.

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə! Bakıda bu yol bağlandı

Sürücülərin nəzərinə! Bakıda bu yol bağlandı

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazır...

2 Hadisə 18:10 01 iyun 2016

Son xəbərlər