"Formula 1" zamanı tamaşaçılar üçün ayrılan avtobuslar bəlli oldu

Formula 1 zamanı tamaşaçılar üçün ayrılan avtobuslar bəlli oldu
Sosial 1083

 

Bakı Formula 1 Avropa Qran Prisi ərəfəsində tamaşaçıları təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları bəlli olub.

BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yayıb.

Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Onun sözlərinə görə, yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Füzuli Meydanı - M.Muxtrov Küçəsi - Nizami Küçəsi - S.Rüstəmov Küçəsi - Ə.Cavad Küçəsi - Azərbaycan Prospekti - Füzuli Meydanı - Z.Əhmədbəyov Küçəsi - Tbilisi Prospekti - 20 Yanvar Küçəsi - H.Məhərrəmov Küçəsi - Mir Cəlal Küçəsi.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov Metro Stansiyası - 28 May Metro Stansiyası - Azadlıq Prospekti - Nizami Küçəsi - R.Behbudov Küçəsi - N. Nərimanov Metro Stansiyası.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayın qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (2-ci sahə) - Milli Bayraq Meydanı - Bakı Əloyunları Sarayı.

Bununla yanaşı, tamaşaçılar yarışın keçiriləcəyi məkana metro vasitəsilə də gələ bilərlər. Bunun üçün bilet sahibləri 28 May, Sahil və İçərişəhər metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.

Qeyd edək ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək.

İyunun 16-ı, günorta saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.

BAKU.WS

Oxşar xəbərlər

"Formula 1" zamanı Bakıda bağlı yollar və hərəkət rejimi (XƏRİTƏ)

"Formula 1" zamanı Bakıda bağlı yollar və hərəkət rejimi (XƏRİTƏ)

Şəhər sakinləri yarış ərəfəsində trek ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini t...

3473 Sosial 14:32 27 may 2016

Son xəbərlər