"BakuBus" yeni marşrut xəttini istifadəyə verdi
Yeni istifadəyə verilən "Avtovağzal" metro stansiyasının açılışı ilə bağlı mayın 12-dən Bakı Nəqliyyat Agentliyi metro stansiyası ətrafındakı sərnişin sıxlığını nəzərə alaraq sərnişinlərin rahat hərəkətini təmin etmək məqsədilə "BakuBus" MMC-nin yeni 13 nömrəli marşrut xəttinin istifadəyə verilməsi və 2, 14 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyasının uzadılması ilə bağlı qərar verib.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə 13 nömrəli marşrut xətti üzrə mayın 12 və 13-də sınaq rejimində 8 ədəd avtobus xidmət göstərəcək. Mayın 15-dən isə marşrut xətləri tam rejimdə fəaliyyət göstərəcək.
2 və 14 nömrəli marşrut xəttinın Cəfər Cabbarlı Kinostudiyası, Moskva prospekti, Biləcəri dairəsi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət trayektoriyası uzadılıb.
Bakı Nəqliyyat Agentliyi gələcəkdə də sərişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə optimallaşdırma işlərini davam etdirəcək.
BAKU.WS
Oxşar xəbərlər
"BakuBus"ın yeni marşrut xətləri istifadəyə veriləcək
"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığı gündən 14 marşrut xətti üzrə ilkin mərhələdə Bakının mərkəzini əhatə etməyi nəzərdə tuturdu, amma bu gün hədəf...