Bakının mərkəzi küçələrində yol bağlandı
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
BAKU.WS-in məlumatına görə, bu gün səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
BAKU.WS
Oxşar xəbərlər
“BakuBus” marşrut avtobusunun hərəkət istiqaməti dəyişib
"BakuBus” MMC-nin marşrut avtobusu "Formula-1” üzrə Avropa Qran-pri yarışları ilə əlaqədar görülən hazırlıq işləri səbəbindən marşrut xəttini müvəqqəti dəyişib....