Bu gündən etibarən Bakıda mərkəzi yollardan biri bağlanır
Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula-1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.Hazırlıq çərçivəsində bu gündən etibarən Puşkin küçəsinin Üzeyir Hacibəyli küçəsilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan yol bir həftə müddətinə bağlanır, lakin Hökumət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq. Bundan əlavə, Zərifə Əliyeva kücəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil. Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula-1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Diqqət! Bu küçələrdə tıxac var
Bakının əksər küçələrində tıxac yaranıb. BAKU.WS Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən məlumat verir ki, hazırda Nəsibbəy Yusifbəyli, Ə...