Binəqədinin əsas yolu açıldı (FOTO)

Binəqədinin əsas yolu açıldı (FOTO)
Sosial 1213

Binəqədi rayonunda əsas yollardan biri artıq şəhər sakinlərinin ixtiyarına verilib.

BAKU.WS-in məlumatına görə, Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissələrində, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsilərində aparılan təmir işləri başa çatıb. Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb. Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Yolun hərəkət hissəsi bəzi ərazilərdə genişləndirilib, ehtiyyacı olan yerlərdə yol yatağı bərkidilib və əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə burda 12500 kvadrat metr ərazidə asfaltlanma işləri aparılıb. Ziya Səccad BAKU.WS

 

 

 

Oxşar xəbərlər

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Bakının bu iki küçəsi bağlanır (FOTO, VİDEO)

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əh...

1642 Sosial 11:52 19 sentyabr 2015

Son xəbərlər