Bakıda avtobuslar üçün xüsusi xətlər çəkilir (FOTO)

Bakıda avtobuslar üçün xüsusi xətlər çəkilir (FOTO)
Sosial 956

  

Bakının bəzi küçələrində avtobuslar və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi zolaqlar çəkilir. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtda müntəzəm sərnişin daşımaları yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədilə, Yusif Səfərov küçəsində xüsusi zolaqların çəkilməsi işləri davam etdirilir.

"Azəryolservis” ASC-dən verilən məlumata görə, xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinin yolun hərəkət hissəsi 3 və daha çox zolaqlardan ibarət olan yollarda aparılması nəzərdə tutulub. Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adı çəkilən yollardan 4-də işlər həyata keçiriləcək. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa, işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması planlaşdırılır.

Sınaq məqsədi ilə xüsusi zolaqların çəkilişi Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiqi Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək və Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə, bundan başqa Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissəsində aparılacaq.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC və digər aidiyyəti qurumlar tərəfindən ümumilikdə 50-yə yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq, komissiyaya təqdim olunub.

Şahin Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtobuslar üçün xüsusi zolaqlar ayrılıb

Bakıda avtobuslar üçün xüsusi zolaqlar ayrılıb

Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılmasına başlanılıb. BAKU.WS-in APA-ya istina...

1331 Sosial 16:40 14 oktyabr 2015

Son xəbərlər