Sabahdan yollarda vəziyyət dəyişəcək

Sabahdan yollarda vəziyyət dəyişəcək
Sosial 4044

Sabahdan etibarən Bakıda payız-qış mövsümünə keçid elan olunub. Nəqliyyat Nazirliyi "Azəryolservis” Açıq Səhmdar Cəmmiyyətinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq üçün tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatlar toplanacaq. Respublikanın magistral avtomobil yolarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-də sutkalıq növbətçilik yaradılıb. Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırılmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən etibarən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti, "Qaynar xətt” fəaliyyətə başlayır. Qeyd edək ki, "Qaynar xətt” 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün pulsuz dayanacaqlar (ÜNVANLAR, FOTO)

Bakıya gələn rayon qeydiyyatlı avtomobillər üçün pulsuz dayanacaqlar (ÜNVANLAR, FOTO)

Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusıya Federasıyası sərhədi avtomobi...

1165 Sosial 16:35 14 sentyabr 2015

Son xəbərlər