Gecə Bakının bu küçələrindən keçməyin!

Gecə Bakının bu küçələrindən keçməyin!
Sosial 840

 

Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 2-dən etibarən Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin dekabr ayının 2-də yekunlaşması nəzərdə tutulsa da, yeraltı qəza səbəbəbindən təmir işləri uzanıb.

Bu gün, dekabr ayının 3-ü gecə saatlarından etibarən isə Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hərəkəti tam bağlı olacaq. Xaqani küçəsində qeyd olunan bütün təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə olan məhdudiyyətlər artıq dekabr ayının 6-dan 7-nə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.

Qeyd edək ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pri-dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Bakının bu yolları Formula 1 yarışına görə təmirə bağlanır

Bakının bu yolları Formula 1 yarışına görə təmirə bağlanır

Avropa Qran Pri-sinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq iş...

1368 Sosial 16:34 01 dekabr 2015

Son xəbərlər