Bakıda Formula-1-ə görə daha bir yol bağlandı
Bakının mərkəzində daha bir yol bağlanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.
Asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə fevralın 2-si səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən başlayaraq Niyazi küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu yolda avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyətlərin fevralın ortasınadək davam edəcəyi gözlənilir.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə: mərkəzi küçə açıldı (FOTO)
Bakıda əsas yollardan birində təmir işləri yekunlaşıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, təmri işlərin yekunlaşdığ...