Bakının mərkəzi yolları iki günlük bağlanır

Bakının mərkəzi yolları iki günlük bağlanır
Sosial 1088

 

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

Bu səbəbdən, Neftçilər prospektinin Azneft dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Həftəsonu bağlanacaq yollar (ÜNVANLAR)

Həftəsonu bağlanacaq yollar (ÜNVANLAR)

Bakıda keçiriləcək "Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirilir. Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən BAKU.WS-ə verilən məlumata...

1059 Sosial 16:32 01 aprel 2016

Son xəbərlər