Bulvarın bu hissəsinə avtomobillərin girişinin pullu olması xəbərinə aydınlıq gətirildi

Bulvarın bu hissəsinə avtomobillərin girişinin pullu olması xəbərinə aydınlıq gətirildi
Sosial 12014
***17:42Dənizkənarı Bulvar ərazisinə girişin pullu olması ilə bağlı yayılan məlumat paytaxt sakinləri arasında çaşqınlıq yaradıb. Sakinlər Bulvar ərazisinə insanlar girişinin pullu olduğunu zənn edib. Yaranan anlaşılmazlığı aydınlaşdırmaq üçün BAKU.WS Bulvar İdarəsinin rəsmisi Nazim Məcidovla əlaqə saxlayıb. İdarənin rəsmisi bildirib ki, hazırda şlaqbaum qoyulan hissədə əvvəllər insanlar avtomobillə gəlirdi və oradakı istirahət edənlərə maneəçilik yaradırdılar. Əxlaqsızlıqla məşğul olanlar və avtomobillə ötüşənlərin qarşısını ala bilmək üçün belə bir addım atılıb və həmin ərazi artıq pullu dayanacaq olub. ***15:24“Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.Bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır:“Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub. Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib. Bu da sakinlərin istirahətinə maneə törədirdi. Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər