Azərbaycanda pullu yolun istifadəyə veriləcəyi tarix bəlli oldu

Azərbaycanda pullu yolun istifadəyə veriləcəyi tarix bəlli oldu
Sosial 16746
Ələt-Astara magistralına alternativ çəkilən 4 zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək.BAKU.WS-in məlumatına görə, uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan bu yolda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlanma işləri aparılır.Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür. Müvəqqəti olaraq sürücülər hazırda isitfadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər.İki gediş və iki gəliş zolaqından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yol boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib. Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabtinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.Pullu yol istifadəyə verildikdən sonra hazırda istifadə edilən biri gəliş, biri gediş olmaqla 2 zolaqlı yol da təmir ediləcək və alternativ yol kimi istifadəyə veriləcək. Onu da vurğulayaq ki, hazırda istifadə edilən yol ensiz olduğundan burada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.Ələt–Astara avtomobil yolunun 1C Hissəsinin tikintisi Layihəsi 07.01.2014-cü il tarixdən “Azərbaycan Magistral Avtomobil yolu 3” Kredit Sazişinə daxil edilib. Layihə üzrə 20 Fevral 2014–cü il tarixdə tender keçirilmiş və 26 May 2014– cü il tarixdə tenderin qalibi “Evrascon-AzVirt” birgə müəssisəsi ilə Podrat müqaviləsi imzalanıb. Tikintiyə texniki nəzarət işlərini Almaniyanın “Kocks Consult GmbH” firması yerinə yetirir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR

Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamas...

6586 Sosial 17:07 25 sentyabr 2017

Son xəbərlər