Həyacan təbili! Bakı bulvarında iri qara ilanlar peyda oldu - VİDEO

Həyacan təbili! Bakı bulvarında iri qara ilanlar peyda oldu - VİDEO
Video
Şou-biznes 14448
Müğənni Elmira Ələkbərzadə həyacan təbili çaldı.BAKU.WS xəbər verir ki, ifaçının sosial şəbəkədə paylaşdığı videoda Dənizkənarı Milli Parkda ilanların süründüyünü görürük. Ələkbərzadə görüntülərin rəfiqəsi tərəfindən çəkildiyini deyir: "Bəli, bura Bakıdır. Təzə Bakı bulvarımız və iri qara ilanlar. Özü də gürzə! Xahiş edirəm, özünüzü və uşaqlarınızı qoruyun! Şəxsən mənim üçün bundan sonra bulvar söhbəti bağlandı!Rəfiqəm Bulvarın Bayıl tərəfdə olan hissəsində velosiped sürərkən yerdə uzun və qalın ilanın süründüyünü görüb. Aidiyyatı qurumlar təcili olaraq bu məsələni nəzarətə götürməlidir. Çünki Dənizkənarı Bulvara vətəndaşlar ailəsi və övladları ilə birlikdə gedir. İnsanlar həmin ilanlarla qarşılaşarsa, bunun acı nəticəsi ola bilər. ” Bayıl sakini olan Emma Ələkbərzadə problemin böyüyəcəyindən qorxduğunu dilə gətirib: "Qorxuram ki, belə davam edərsə, ilanlar mənzilləri də basacaq". Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər